İdxal-ixrac əməliyyatları

Ətraflı məlumat

Bütün hüquqi və fiziki şəxslərin (fərdi sahibkarların) nəzərinə.

“Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” və “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi” Qaydalarını rəhbər tutaraq bildiririk ki, avans yolu ilə ödəniş aparılan zaman ödənişin aparıldığı gündən 2 (iki) il müddətində malların ölkəyə idxalını təsdiq edən Yük Gömrük Bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd (akt və s.) Banka təqdim olunmalıdır. Həmin müddət ərzində mallar idxal edilmədikdə, xidmətlər göstərilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda, bir sözlə həyata keçirilən əməliyyatların təsdiqedici sənədləri (Yük Gömrük Bəyannaməsi, akt və s.) Banka təqdim edilmədikdə, Bank qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edir.

Eyni zamanda bildirmək istəyirik ki, Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli 1233 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi” Qaydaları (http://e-qanun.az/framework/12499) yenilənmiş və bu qaydalara əsasən hüquqi və fiziki şəxslər (fərdi sahibkarlar) tərəfindən malların (işlərin, xidmətlərin) konsiqnasiya yolu ilə ixracı gömrük orqanlarında bəyan edilməklə aparılır. İxrac olunan malların müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Bankdakı hesabınıza köçürülməsi və bu ixrac üzrə Yük Gömrük Bəyannaməsinin nömrəsinin Banka verilməsi təmin olunmalıdır.