Plastik kart hansı imkanlara malikdir?

Plastik kart aşağıdakı qeyd olunan imkanlara malikdir:


• istənilən yerdə nağd pul vəsaitinin əldə edilməsi;
• “Onlayn kredit ödəmələri” əməliyyatı: ATM və internet vasitəsilə kredit borclarının ödənilməsi;
• satış və xidmət nöqtələrində və internet şəbəkəsində nağdsız qaydada ödənişlərin aparılması;
• kommunal xidmət üzrə ödənişlər: elektrik enerjisi, qaz, su və s.;
• elektron bankçılıq xidmətləri: mobil və stasionar rabitə, internet, TV, sığorta;
• vergilərin və gömrük xərclərinin ödənilməsi;
• “Card to card” əməliyyatı: bir kartdan digər karta pul köçürmələri;
• SMS-məlumatlandırma xidməti: kartla aparılan hər bir əməliyyat haqqında SMS vasitəsilə mobil telefona məlumatların göndərilməsi;
• “Cash by Code” xidməti: bankomat ilə kart hesablarından istənilən məbləğdə və valyutada, kartı olmayan şəxslərə nağd pulun göndərilməsi;
• valyuta mübadiləsinin həyata keçirilməsi;

POS-terminal vasitəsilə ödəniş apararkən, hansı xidmət haqqları tutulur?

Pərakəndə ticarət və xidmət müəssisələrində plastik kartları ilə POS-terminal vasitəsilə malların, iş və xidmətlərin dəyəri ödənilərkən heç bir xidmət haqqı tutulmur. Kart hesabının valyutasından fərqli valyuta ilə ödəniş apararkən valyuta mübadiləsi xərclərini nəzərə almaq lazımdır.