Bank Avrasiya

Baş səhifə / Bank haqqında / Xəbərlər / "Bank Avrasiya" ASC veb-saytında müştəriləri üçün onlayn ödəmələrin aparılması imkanı yaratdı

"Bank Avrasiya" ASC veb-saytında müştəriləri üçün onlayn ödəmələrin aparılması imkanı yaratdı

19.05.2010
"Bank Avrasiya" ASC-nin "AzeriCard" prosesinq mərkəzi ilə birgə əməkdaşlığı nəticəsində Bankın veb-saytında onlayn ödəmələrin aparılması imkanı yaradılıb. Artıq bütün "Visa", "Visa Electron" və "MasterCard" plastik kart sahibləri heç bir yerə getmədən sadəcə www.bankavrasiya.az veb-saytına daxil olaraq real vaxt rejimində müxtəlif növ xidmətlər üzrə ödəmələri həyata keçirə bilərlər. "Onlayn ödəmələr" sistemi çərçivəsində müştərilər çox rahat və operativ olaraq kommunal, mobil rabitə, internet, telefon, kabel tv və sığorta xidmətləri üzrə ödənişlərin aparılması imkanını əldə edirlər. Onu da qeyd etmək lazımdır ki, "Bank Avrasiya" ASC-nin veb-saytındakı "Onlayn ödəmələr" sistemi üzrə təqdim olunan xidmətlər daim genişlənəcək.