Baş səhifə / Korporativ müştərilərə / Sənədli əməliyyatlar
Sənədli əməliyyatlar beynəlxalq ticarətdə istifadə olunan maliyyə alətidir. Bu alət vasitəsilə alqı-satqı əməliyyatları ilə məşğul olan təşkilatlar və fərdi sahibkarlar özlərini potensial maliyyə risklərindən müdafiə edə bilərlər. Belə ki, beynəlxalq ticarətdə yeni tərəfdaşlar arasında maddi etibarsızlıq halları olur: alıcı malı qəbul etmədən qabaqcadan ödəniş etmək istəmir, satıcı isə qabaqcadan ödəniş olmadan malı təhvil vermək istəmir, və bu problemi aradan qaldırmaq üçün ən sərfəli və etibarlı alət sənədli əməliyyatlardır.
"Bank Avrasiya" ASC korporativ müştərilərə sənədli əməliyyatlar üzrə xidmətlərin aşağıda sadalanan növlərini təklif edir:
Qeyd: Müxbir bankın komisyon haqları əlavə tutulur. Sənədli akkreditiv ssuda hesabındakı kredit xəttinin və ya akkreditiv çərçivəsində kredit xəttinin hesabına açılmışdırsa, onda həm kredit xətti üzrə faiz, həm də cari tariflər üzrə əməliyyat komisyon haqqı tutulur.
Sənədli inkasso əməliyyatları üzrə tariflər
Qeyd: Müxbir bankın komisyon haqları əlavə tutulur.
Qarantiya əməliyyatları üzrə tariflər
Sənədli əməliyyatlar
Sənədli əməliyyatlar beynəlxalq ticarətdə istifadə olunan maliyyə alətidir. Bu alət vasitəsilə alqı-satqı əməliyyatları ilə məşğul olan təşkilatlar və fərdi sahibkarlar özlərini potensial maliyyə risklərindən müdafiə edə bilərlər. Belə ki, beynəlxalq ticarətdə yeni tərəfdaşlar arasında maddi etibarsızlıq halları olur: alıcı malı qəbul etmədən qabaqcadan ödəniş etmək istəmir, satıcı isə qabaqcadan ödəniş olmadan malı təhvil vermək istəmir, və bu problemi aradan qaldırmaq üçün ən sərfəli və etibarlı alət sənədli əməliyyatlardır."Bank Avrasiya" ASC korporativ müştərilərə sənədli əməliyyatlar üzrə xidmətlərin aşağıda sadalanan növlərini təklif edir:
- akkreditiv;
- inkasso;
- qarantiya.
Sənədli akkreditiv emitent bankın (alıcı tərəf) müştərisinin tapşırığı ilə benefisiar banka (satıcı tərəf) müvafiq sənədlərin (nəqliyyat, sığorta, gömrük, əmtəə və s.) təqdim olunması müqabilində müəyyən məbləğin ödənilməsini təmin edən öhdəlikdir. Sənədli akkreditiv beynəlxalq ticarətdə tərəfdaşlar arasında yarana biləcək risklərdən etibarlı müdafiə formasıdır.
Sənədli akkreditiv əməliyyatları üzrə tariflər
| Əməliyyatın növü | Valyuta | ||
| AZN | USD | EUR | |
| Akkreditivin açılması | |||
| - 500000 AZN/USD/EUR-ya qədər | 0,2% | ||
| min 50 | min 50 | min 50 | |
| - 500001-1000000 AZN/USD/EUR | 0,15% | 0,15% | 0,15% |
| - 1000001 AZN/USD/EUR-dan yuxarı | 0,1% | 0,1% | 0,1% |
| Akkreditivin avizo olunması (bank təsdiqi olmadan) | 0,1% | ||
| min 30 max 300 | min 30 max 300 | min 30 max 300 | |
| Sənədlərin yoxlanılması (hər göndərilmiş sənədlər paketinin yoxlanılması üçün tutulur) | 0,1% | ||
| min 30 max 300 | min 30 max 300 | min 30 max 300 | |
| Akkreditiv üzrə vəsaitlərin benefisiar bankına köçürülməsi (hər transfer üçün tutulur) | 0,1% | ||
| min 50 max 300 | min 50 max 300 | min 50 max 300 | |
| Akkreditivin təsdiqlənməsi (hər ay və ya onun hissəsi) | Razılaşma yolu ilə | ||
| Təxirə salınmış ödəmə (akkreditiv üzrə köçürmə komissiyasından əlavə olaraq tutulur ) | 30 | 30 | 30 |
| Akkreditiv şərtlərinin dəyişdirilməsi | 30 | 30 | 30 |
| Akkreditivin ötürülməsi | 0,1% | ||
| min 50 max 300 | min 50 max 300 | min 50 max 300 | |
| Akkreditivin məbləğinin artırılması | 0,2% | ||
| min 50 | min 50 | min 50 | |
| Akkreditivdən imtina | 100 | 100 | 100 |
| Poçt xidmətləri (hər göndərilmiş paketə görə) | 50 | 50 | 50 |
Sənədli inkasso benefisiar bankın satıcının tapşırığı ilə emitent banka bütün sənədlərin göndərilməsi əməliyyatıdır. Bu cür sənədli əməliyyatlar adətən qarşılıqlı etibarlılıq əsasında qurulmuş tərəfdaşlıq zamanı tətbiq olunur. Satıcının alıcı tərəfdən heç bir zəmanət olmadan malı göndərməyi bunun sübutudur.
Sənədli inkasso əməliyyatları üzrə tariflər
| Əməliyyatın növü | Valyuta | ||
| AZN | USD | EUR | |
| Sənədlərin inkassoya qəbulu | 0,2% | ||
| min 30 max 100 | min 30 max 300 | min 30 max 300 | |
| Ödənişə və ya təsdiqə sənədlərin çatdırılması | 0,1% | ||
| min 10 max 100 | min 10 max 300 | min 10 max 300 | |
| Şərtlərin dəyişdirilməsi | 10 | 10 | 10 |
| Ödənişdən imtina və təsdiq olunmamış sənədlərin geri qaytarılması | 30 | 30 | 30 |
| Poçt xidmətləri (hər göndərilmiş paketə görə) | 50 | 50 | 50 |
Qarantiya emitent bank tərəfdən satıcının tələbnamə təqdim etdiyi halda ona müəyyən məbləğin ödənilməsi barədə öhdəlikdir. Belə ki, qarantiya alıcının satıcı qarşısında olan öhdəliyinin təminatıdır.
Qarantiya əməliyyatları üzrə tariflər
| Əməliyyatın növü | Valyuta | ||
| AZN | USD | EUR | |
| Qarantiyanın verilməsi | |||
| - pul vəsaiti ilə təmin olunmuş | 0.1% | ||
| min 50 | min 50 | min 50 | |
| - pul vəsaiti ilə təmin olunmamış | Razılaşma yolu ilə | ||
| Qarantiyanın avizo olunması | 0.2% | ||
| min 30 max 300 | min 30 max 300 | min 30 max 300 | |
| Qarantiya mətninin tərtibi | 50 | 50 | 50 |
| Qarantiya şərtlərinin dəyişdirilməsi | 30 | 30 | 30 |
| Təmin olunmamış qarantiyanın məbləğinin artırılması, müddətin uzadılması | Razılaşma yolu ilə | ||
| Poçt xidmətləri (hər göndərilmiş paketə görə) | 50 | 50 | 50 |


