Baş səhifə / Korporativ müştərilərə / Kassa-hesablaşma xidmətləri
"Bank Avrasiya" ASC korporativ müştərilərə Kassa-hesablaşma əməliyyatları üzrə aşağıda sadalanan xidmətləri təklif edir:
Kassa-hesablaşma xidmətləri üzrə tariflər
* Cari hesabın açılması üçün tələb olunan sənədlər:
Kassa-hesablaşma xidmətləri
"Bank Avrasiya" ASC korporativ müştərilərə Kassa-hesablaşma əməliyyatları üzrə aşağıda sadalanan xidmətləri təklif edir:- milli və xarici valyutalarda cari hesabların açılması və aparılması;
- milli və xarici valyutalarda ssuda hesablarının açılması;
- milli və xarici valyutalarda müvəqqəti hesabın açılması;
- çek kitabçasının verilməsi;
- hesab üzrə çıxarışların və arayışların verilməsi;
- pul vəsaitlərinin nağd və nağdsız formada hesaba daxil olması;
- pul vəsaitlərinin nağd formada hesabdan çıxarılması;
- ölkə daxili və xaricə pul köçürmələrinin həyata keçirilməsi;
- konvertasiya əməliyyatlarının aparılması;
- kassa-hesablaşma xidmətləri barədə müştərilərə məsləhətlərin verilməsi.
Kassa-hesablaşma xidmətləri üzrə tariflər
| Əməliyyatın növü | Valyuta | |||
| AZN | USD | EUR | GBP | |
| Hesabın açılması və aparılması | ||||
| - cari hesabın açılması * | Pulsuz | |||
| - ssuda hesabının açılması | 25 | 25 | 25 | 25 |
| - cari hesabın aparılması | Pulsuz | |||
| - müvəqqəti hesabın açılması | Pulsuz | |||
| Hesab üzrə sənədlərin verilməsi | ||||
| - çıxarışlar | Pulsuz | |||
| - arayışlar | 5 AZN | |||
| - çıxarışların dublikatı | 10 AZN | |||
| Nağd vəsaitlərin inkassasiyası | Razılaşmaya əsasən | |||
| Çek kitabçasının verilməsi -25 vərəqli | 10 AZN | - | - | - |
| Konvertasiya əməliyyatları | 0,3% (bankın cari məzənnəsi ilə) | |||
| Müştərinin tapşırığı ilə köçürmələr | ||||
| -Bankdaxili köçürmələr | Pulsuz | |||
| - ölkədaxili | 0,15% min 1 max 100 | 10 | 10 | 10 |
| - beynəlxalq | - | 0.3% | ||
| min 20 max 500 | min 25 max 500 | min 25 max 500 | ||
| Ödənışlərin şərtlərinin dəyişdirilməsi və ya ləğv edilməsi | 10 | 50 | 50 | 50 |
| Nağd vəsaitin verilməsi | ||||
| - nağdsız ödənişlə daxil olmuş vəsaitlər | 0,7% | 1% | 1% | 1% |
| - nağd daxil olmuş vəsaitlər | Pulsuz | |||
| Kredit əməliyyatları | ||||
| - kredit üzrə xidmət haqqı | 1% | 1% | 1% | 1% |
| - hər bir kredit müqaviləsi üzrə kreditin nağd qaydada verilməsi | 1% | 1% | 1% | 1% |
Tariflərə əlavələr:
- Rusiya rublu ilə bütün əməliyyatlar üzrə komisyon haqqları ABŞ dolları ilə əməliyyatlar üzrə komisyon haqqlarının ekvivalentini təşkil edir. Müştərinin digər valyutalarda bütün növ əməliyyatları üzrə komisyon haqqları Avro ilə əməliyyatlar üzrə komisyon haqqlarının ekvivalentində tutulur;
- bank əməliyyatları üzrə yaranan əlavə komisyon haqqları (müxbir banklar, telefon xərcləri və s.) avtomatik olaraq müştərinin cari hesabından tutulur;
- konvertasiya əməliyyatları üzrə komisyon haqqı bankın gündəlik təyin edilən valyuta alış-satışı məzənnələrinə əsasən hesablanır;
- kredit xətti üzrə kreditin nağd qaydada çıxarılması zamanı, nağdsız daxil olan vəsaitlər istisna olmaqla, tutulmalı olan ümumi məbləğin 1 (bir) faizini təşkil edən komissiya məbləği, kredit xətti müqaviləsində nəzərdə tutulan ümumi məbləğin 1 (bir) faizindən çox olmamalıdır.
* Cari hesabın açılması üçün tələb olunan sənədlər:
- ərizə;
- nizamnamə (notarial qaydada təsdiq edilmiş surəti);
- dövlət qeydiyyatı haqqında şəhadətnamə (notarial qaydada təsdiq edilmiş surəti);
- vergi orqanı tərəfindən verilmiş şəhadətnamə-dublikatın əsli;
- imza və möhür nümunələri vərəqəsi (notarial qaydada təsdiq edilmiş - 2 nüsxə);
- imza nümunəsində göstərilən şəxslərin təyin olunması haqqında qərarın surəti;
- hüquqi şəxsin rəhbərinin şəxsiyyət vəsiqəsi (surəti).


